Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Raman Soruşur Yazılma Tarixi:02.10.2020 12:21:30

Salam mən könüllü olaraq döyüşlərdə iştirak etmək üçün online qeydiyyatdan keçmişəm. Sizdən artıq dərəcəd xahiş edirəm mənə bildiriş göndərin çox xahiş edirəm. Düşmənlə üzbəüz manqa komandiri olaraq xidmət eləmişəm.

Portala daxil olan müraciətinizə baxılmışdır. Bildiririk ki, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır.Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olunur
İlham Soruşur Yazılma Tarixi:02.10.2020 11:44:17

Salam,mən 2007-2009-cu illərdə Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində xidmətdə olmuşam.Bilmək istəyirəm Sərhəd qoşunlarını nə vaxt çağıracaqlar səfərbərliklə bağlı?

Portala daxil olan müraciətinizə baxılmışdır. Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk. Qeyd edək ki, zərurət yarandığı halda səfərbərliyə cəlb olunacaqsınız.
Elşən Soruşur Yazılma Tarixi:02.10.2020 11:23:28

Salam.Mənim 17 yaşım var.Oktyabrın 10 u 18 olur.Məni vaynkomatdan yoxlanış üçün qan xəstəxanasına göndərdilər.Yoxlanışdan sonra həkim getmiyəcəksən xəstəlik var dedi.Mən talassemiya daşıyıcısıyam.Hər hansı bir şəkildə özümü pis hiss etmirəm.Müalicə aldığım xəstəxanada sən yaxşısan və önəmli bir şey yoxdu səndə deirlər.İndi mən Həqiqi Hərbi Xidmətə getmək üçün nə etməliyəm ?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.
Nəsib Soruşur Yazılma Tarixi:02.10.2020 11:13:10

Salam.Universitetdə oxuyan və hərbi xidmətdə olmamış tələbələr könüllü olaraq cəbhə bölgəsinə gedə bilərlər?

Portala daxil olan müraciətinizə baxılmışdır.                                 
        Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandığı halda Siz səfərbərliyə cəlb olunacaqsınız.

Qabil Soruşur Yazılma Tarixi:02.10.2020 09:45:08

Salam mən hərbi xidmətdən 2 ay qabaq bitirmişəm,və hal hazırda saytda könüllü qeydiyyatdan keçmişəm və mənə niyə çağırış gəlmir?

Portala daxil olan müraciətinizə baxılmışdır.
Bildiririk ki, Siz Xidmətin Bakı şəhəri Nizami rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinə çağırılacaqsınız.

Emin Soruşur Yazılma Tarixi:02.10.2020 09:17:45

Salam mənim qeydiyyat unvanim Mingəçevir şəhəridi. Mən Bakıda yaşayıram. Mən Bakıda yerləşən hər hansı bir vayenkomata yaxınlaşıb orda qeydiyyatdan keçib könüllü olaraq cəbhəyə gedə bilərəmmi?

Portala daxil olan müraciətinizə baxılmışdır.
Bildiririk ki, Siz Xidmətin Mingəçevir şəhər şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Mingəçevir şəhər şöbəsinə çağırılacaqsınız.

Seyid Soruşur Yazılma Tarixi:02.10.2020 04:25:53

Salam. Mən DSX ya düşmüşəm ancaq ki hansı hərbi hissəyə düşməyim barədə məlumatım yoxdu məlumat verərdizdə zəhmət olmasa

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik.
İbrahim Soruşur Yazılma Tarixi:02.10.2020 01:14:40

Salam mən könüllü olaraq qeydiyyatdan keçmişdim 1 ay qabaq zəng edib qeydiyyata aldılar. Hal hazırda qeyd etdiyim nömrə 10 gün qabaq zədələnib işləmir və ev nömrəsinədə zəng etməyiblər necə bilə bilərəm ki mənidə çağırıblar?

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Nizami rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Nizami rayon idarəsinə çağırılacaqsınız.


Fəxriyyə Soruşur Yazılma Tarixi:01.10.2020 23:05:44

Salam. Mənim 18 yaşım var və könüllü olaraq tibb bacısı sahəsində faliyyət göstərmək istiyirəm yarani yumağdı təmizləməkdi, yarani tapon etmekdi bunlari edə bilərəm. Təbiyiki ürəkliyəm qorxmuram qandan yaradan və.s yəni bu risgi üstümə alınıram. Bununla əlavə əsgərlərin yemək işinə ve digər köməkliləri göstərə bilərəm. Diksiyam var hər hansi bir sahə olur olsun istər operator olsun və ya qeyri bir peşhə yəni Vətənimə hər sözlə qulluğ etməkə haziram... Qadınların yazılmağı Mümkünmüdür?.

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Azər Soruşur Yazılma Tarixi:01.10.2020 22:26:29

Salam Sulh dövüre yarasiz muharibe dövrüne mehdud yarali olan vetendaşlar Seferberlik üzüre yerli şöbe ve şöbelerne müraciyyet Etselerki könüllü olaraq orduya qatilib Döyüşlerde işdirak ede biler.

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Cədvəldə sətir sayı :14897