Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hüseyn Soruşur Yazılma Tarixi:30.09.2020 23:01:18

Salam mən hərbi xidmətdə olmamışam, yəni xəstəlik səbəbindən. Könüllü qeydiyyatdan keçmişəm. Amma çağırmırlar. Səbəbin bilmək istəyirəm ki niyə çağırmırlar əgər yararsız olduğuna görə aparmırlarsa indi sağalmışam getmək istəyirəm. Amma cəbhə xəttinə düşməyimi istəyirəm.

Portala daxil olan müraciətinizə baxılmışdır.                                
Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək  həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandıqda səfərbərlik tədbirlərinə  cəlb oluna bilərsiniz.
OzaL Soruşur Yazılma Tarixi:30.09.2020 20:48:09

SaLam səfərbərlik qeydiyyatindan uğurla keçdim sadəcə olaraq mən hərbi xidmətdə olmamışam amma, döyüşdə iştirak edən qardaşlarımızı tək buraxa bilmərəm mənidə aparın sağlamlığım buna imkan verir çox xahiş edirəm sizdən Yevlax rayon qeydiyyatındayam xırdalanda işlə əlaqədar kirayədə qalıram siz hara desəniz mən gələrəm təki menide aparın.şəhidlərimizin qanını yerdə qoymayacam.mənim dayımda şəhid olub mən gedib iştirak etməsəm şəhidlər bizə haqqını halal etməz.əlaqə nömrəm 055-813-43-44 xahiş edirəm mənə cavab verin.

Portala daxil olan müraciətinizə baxılmışdır.                                
Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək  həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandıqda səfərbərlik tədbirlərinə  cəlb oluna bilərsiniz.
Nəsimi Soruşur Yazılma Tarixi:30.09.2020 19:30:16

Salam.Məni həm könüllü olaraq,həmdə məcburi xidmətə cagrilmisam.Yəni ki,həm könüllü müraciət etdiyim üçün,hem de məcburi xidmətə çağrılıb.Rayon hərbi komissarlığında getdim.Lakin,Hərbi hisseye gonderise dair sendlerimi tapmadılar.Bu mümkün deyil.Xahis edirəm bu meseleni araşdırmağa yardım edin.Men her iki tərəfli cagrilmisam amma denedi tapa bilmirlər.Ozume qeydiyyatda olduğum yerdə yox,Abşeron rayonunda yasayiram

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Saatlı rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Saatlı rayon şöbəsinə çağırılacaqsınız.

İbrahim Soruşur Yazılma Tarixi:30.09.2020 18:37:48

Cavabınızı tam olaraq anlamadım. Tam olaraq orda nə yazılıb? Yəni mən əsgərliyə çağrılıram?

Bildiririk ki, Sizə təhsilə görə verilmiş möhlət müddəti bitdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Kamal Soruşur Yazılma Tarixi:30.09.2020 18:11:45

Salam, mən xarici vətandaşam, könüllü olaraq azərbaycan ordusuna yazəla bilərəm?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Əlavə olaraq qeyd edirik ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən yalnız bağlaşma əsasında hərbi xidmətə qəbul edilə bilərlər.
TAHİR Soruşur Yazılma Tarixi:30.09.2020 17:14:23

Salam. Ali baş komandanın çağırışı ilə döyüşlərdə iştirak etmek üçün könüllu yazılmışam. Hərbi qulluğa Nəsimi rayonundan getmişəm , hazırda qeydiyyatım Nərimanov rayonunadır amma faktiki yaşadığım rayon Yasamaldı. Mən hansı hərbi komisarlığa müraciət etmeliyəm? Və bu gun ku çağırış 35 yaşdan yuxarı olanlara aiddir mı?

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Nəsimi rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Nəsimi rayon idarəsinə çağırılacaqsınız.

Tural Soruşur Yazılma Tarixi:30.09.2020 15:23:48

Salam 9100 SMS gəlib mənə Sumqayıtda idareye qeydiyatdayam hərbi xidmətə yararsız olduğum üçün xidmət keçməmşəm dünən idarəyə yaxınlaşdım dedim sms gəlib mənə dedilər səni aparmırıq hərbi xidmətə yararsızan deyilər yararsızdarı könülü aparmrıq

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Turan Soruşur Yazılma Tarixi:30.09.2020 13:55:55

Salam, valideynlərin yazılı və şifahi razılığı olsa 15 yaşdan könüllü qeydiyyata alınmaq olarmı?

Portala daxil olan müraciətinizə baxılmışdır.Aidiyyəti üzrə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməyiniz tövsiyə olunur.
Yaqub Soruşur Yazılma Tarixi:30.09.2020 12:54:31

Salam mən hərbi biletimi tapa bilmirəm təzə bilet necə alabilərəm Naxçivan qeydiyatindayam Bakida yaşayiram

Portala daxil olan müraciətinizə baxılmışdır. Aidiyyəti üzrə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməyiniz tövsiyə olunur.
Pərviz Soruşur Yazılma Tarixi:30.09.2020 12:08:03

Salam.Men 2 ci defe qeydiyyatdan kecmishem konullu.Hec bir cagirish gelmir.Zehmet olmasa nezere alasiz

Portala daxil olan müraciətinizə baxılmışdır.         Bildiririk ki, Siz Xidmətin Suraxanı rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Suraxanı rayon idarəsinə çağırılacaqsınız.
Cədvəldə sətir sayı :14897