Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zaur Soruşur Yazılma Tarixi:30.09.2020 11:58:31

156e bendiyle texris olanlar xidmete geri qayida bilir doyus seraitinde??

Portala daxil olan müraciətinizə baxılmışdır. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən aşağıda qeyd olunan qaydada hərbi vəzifəlilər səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququna malikdirlər; 15.0.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təxsis (bron) edilmiş şəxslərə; 15.0.2. səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə altı ay müddətinədək. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156 maddəsinin «e» bəndi ilə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular səfərbərlik üzrə hərbi xidmətə çağırıla bilərlər.    
Cavidan Soruşur Yazılma Tarixi:30.09.2020 11:23:36

salam iyul ayinda konullu olaraq qeydiyyata dusenler yeniden qeydiyyata dusmelidir muharibeye getmek ucun yoxsa ona uygun olaraq cagrilir ?

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Nərimanov rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Nərimanov rayon idarəsinə çağırılacaqsınız.

Xalidə Soruşur Yazılma Tarixi:30.09.2020 10:41:34

Salam mənim bir qızım və bir oğlum var. Yoldaşım vəfat edib və qızım ərə gedib. Oğlumla birlikdə qalıram. Sentyabr ayında təlimlərə çağırış zamanı mənim oğlumu da təlimə aparıblar. Hal hazırda tək qalıram, xəstəyəm və işləmirəm. Xəstəlik haqqında sənədlərimi və digər məlumatların doğruluğunu sübut etmək üçün istənilən sənədləri aidiyyatı orqanlara təqdim edə bilərəm. Bilmək istəyirəm ki, bu halda mənim oğlumun təlimlərə aparılması qanunla düzgündürmü?

Portala daxil olan müraciətinizə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır.   Bildiririk ki, müraciətinizdə oğlunuzun adı, soyadı, atasının adı, doğum tarixi, Xidmətin hansı idarə, şöbə və ya bölməsi tərəfindən və hansı tarixdə çağırılması qeyd edilməmişdir.           Bu səbəbdən müraciətinizin cavablandırılması mümkün deyil.        
Rəna Soruşur Yazılma Tarixi:30.09.2020 10:16:17

salam. men konullu halda qeydiyyatdan kecmisem. ama melumatlarimda unvani deyesen sehv yazmisam. deyismek mumkundurmu? bir de ki qadinlara cagiris varmi?

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Nazim Soruşur Yazılma Tarixi:30.09.2020 04:57:57

Mən qeydiyyatdanan keçmişəm hərbi komisarliğa yaxinlaşdim dedilər hələ ancaq mudafiə nazirliyi öz ehtiyyatda olanlarin çağririr mən Daxili qoşunlarin MAXE hərbi qulluqçusu olmuşam bizə nə vaxt bu şərəfli əmr gələçək.Önçədən təşəkürlər.

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Astara rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Astara rayon şöbəsinə çağırılacaqsınız.

Əziz Soruşur Yazılma Tarixi:29.09.2020 22:31:56

Tələbələr könüllü şəkildə qeydiyyatdan keçsələr onları aparırlar?

Portala daxil olan müraciətinizə baxılmışdır.Aidiyyəti üzrə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməyiniz tövsiyə olunur.
Sədi Soruşur Yazılma Tarixi:29.09.2020 22:02:55

Salam, mənə 27.09.20 də axşam saatlarında təlimə çağırış vərəqəsi göndərilib. Özüm rayonda olmadığım üçün ailəmə verilib, bəzi səbəblərdən bu gün çağırışa gedə bilmədim. Mən təlimə qatılmaq üçün nə etməliyəm?

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Masallı rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Masallı rayon şöbəsinə çağırılacaqsınız.

Telman Soruşur Yazılma Tarixi:29.09.2020 21:51:10

Salam Aleykum. Mən Fizuli rayonunda əsgər olarağ xidmətdə olmuşam. 2019 İyulda ehtiyyata buraxılmışam.Xidmətim boyu ərzindədə TKM olmuşam. (Artilleriya) . Çoxu doslar tanşlar və öz birlikdə hərbi xidmət çəkdiyim imsanlar artıq orada fəaliyyətdədir.Məni niyə çağırmıyıblar?

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Şəki rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Şəki rayon şöbəsinə çağırılacaqsınız.

Vilayət Soruşur Yazılma Tarixi:29.09.2020 21:02:44

Salam. mən 2018-2019 ci illərdə DSX da əsgərlikdə olmuşam. Və oktyabrın 9 u təhsil ilə bağlı Litvaya getməliydim.. Bilmək istərdim ki, qismən Səfərbərlik vaxtı,. Ölkədən kənara çıxışa icazə varmı? Yoxsa ,qismən səfərbərlik bitənə qədər bileti və getməyi ləğv etmək lazımdır? Ümumiyyətlə ehtiyatda olan hərbi qulluqçuların ölkədən kənara çıxışa icazə verilir?

Portala daxil olan müraciətinizə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Bildiririk ki, qeyd etdiyiniz məsələlərin icrası Xidmətin səlahiyyətlərinə daxil deyil.
Sevər Soruşur Yazılma Tarixi:29.09.2020 20:14:50

Salam. Mən könüllü olaraq qeydiyyatdan keçmişəm. Amma hələdə sms gəlməyib. Mən nə etməliyəm???

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14897