Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəşad Soruşur Yazılma Tarixi:29.09.2020 09:31:16

Mən könüllü kimi çoxdan qeydiyyatdan keçmişəm.Əsgərliyi 2012 ci bitirmişəm özüm də nümunəvi əsgər olmuşam bir çox adama çagiriş gəlib mənə niyə gəlmir bəs.Xahiş edirəmki mənə də göndərilsin çagiriş

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Qəbələ rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Qəbələ rayon şöbəsinə çağırılacaqsınız.

GÜNDÜZ Soruşur Yazılma Tarixi:29.09.2020 00:11:36

Mən könüllü olarağonline qeydiyyatdan keçmişəm. Sadəcə zəng gəldi ünvan örgəndilər v.s . Cənab Prezident İlham Əliyev . Sərəncam verdi artığ. Sizlərdən zəng və ya sms gözləyirəm... Nə vaxt çağıracağınız haqqında məlumat verin çox xaiş...

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Ağdam rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Ağdam rayon şöbəsinə çağırılacaqsınız.

Xəqani Soruşur Yazılma Tarixi:28.09.2020 23:10:15

Salam. 3 muddetden artiq xidmet edib ehtiyata buraxilmisam.vezifem Surucu olub.bilmey isterdim Cenab Prezidentin Qismen verdiyi Seferberlikde menim adim cixacag ? Yoxsa Herbi Komisarligima muraciet edim ?

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Ağdam rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Ağdam rayon şöbəsinə çağırılacaqsınız.

Emin Soruşur Yazılma Tarixi:28.09.2020 22:44:41

Salam məm 2005-2006-cı illərdə mülki müdafiə qoşunlarında həqiqi hərbi xidmət keçmişəm. Xidmətdə olduğum zaman təlimlərimizin və dərslərimizin əsasını müharibə zamanı mülki əhalinin operativ şəkildə atəş nöktələrindən və dağıntılar olan ərazilərdən uzaqlaşdırmaq və təhlukəsiz şəkildə digər yerlərdə yerləşdirmək, dağıntıların fəsadlarını düzgün şəkildə dəyərləndirməklə bağlı olurdu təlim və dərslərimiz. Hal hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində işləyirəm. Online qeydiyyatdan keçmişəm amma hələ çağırışla bağlı sms gəlməyib

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
MƏLEYKƏ Soruşur Yazılma Tarixi:28.09.2020 21:31:41

Salam.Men eczaçıyam 5 ildi işleyirem,tibbi işçi kimi könüllü yazılmışam.Bizimde könüllü İnşaAllah getme şansımız ola biler?

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Elvin Soruşur Yazılma Tarixi:28.09.2020 18:59:35

Men esgerliye getmemisem cagiris vaxti bronxlarimdaa prablem olub ustunden 7 il kecib indi tam dovletimin mudafiesinde olmaga haziram meni esgerliye gonderin getmey istiyirem xahis edirem mene komeyliy gosterin men vetenim ugrunda doyusmey istiyirem cox silahdan bilirem menimle marglanin xahis edirem

Portala daxil olan müraciətinizə baxılmışdır.                                
Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək  həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandıqda səfərbərlik tədbirlərinə  cəlb oluna bilərsiniz.
AZƏR Soruşur Yazılma Tarixi:28.09.2020 17:56:47

Salam,men konullu yazilmisam.Bugun 9100 dan sms geldi yaxinlasin.Menim yasadigim Yasamal Sovetski adlanan yer sokulub qeydiyyatim hec yere yoxdur.Hara yaxinlasim?Esgerlikde olmamisam,yararsiz herbi biletim var.9100 a zeng edib duse bilmedim deye size yazdim.Yasim 35 i kecib.Bu sertler altinda ehtiyac varsa men hazir

Salam. Xidmətin qeydiyyatda olduğunuz yerli idarəsinə yaxınlaşın.
Siyavuş Soruşur Yazılma Tarixi:28.09.2020 17:34:30

Salam mənə oktyabr ayının 1 nə çağırış verilib.ama hansı bölgəyə düşdüyüm bilinmir. Nə vaxt öyrənə biləcəm hansı bölgəyə düşdüyümü.

Qeyd etdiyiniz məsələ ilə əlaqədar https://exidmet.seferberlik.gov.az/Registration/Military  linkinə daxil olub öyrənə bilərsiniz.
Bilal Soruşur Yazılma Tarixi:28.09.2020 17:23:20

Salam mən könüllü olaraq orduya qatılmaq qardaşlarım ilə vətənim Azərbaycan torpaqlar uğrunda vuruşmaq istəyirəm. Hərbi xidməti başa vurmuşam. Vətənim Azərbaycan torpaqlar uğrunda canimi belə verməyə hazıram yetər ki, vətən sağ olsun. Xahiş edirəm məni orduya çağırın.

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Saatlı rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Saatlı rayon şöbəsinə çağırılacaqsınız.

Emin Soruşur Yazılma Tarixi:28.09.2020 13:43:52

Salam mən 2005-2006- cı illərdə mülkü müdafiə qoşunlarında həqiqi hərbi xidmət keçmişəm hərbi xidmətdə olduğum müddətdə dərslərimizin və təlimlərimizin tamamı müharibə zamanı mülki əhalinin evakuasiyasında çevik və operativ iştirak etmək və yaşayış yerlərində uçqunların dəqiq analiz edilərək düzgün qərarlarla insanları həmin ərazidən uzaqlaşdırmaqla yaranmış təhlükəni ən aza endirməklə bağlı aylarla təlim və dərslər keçmişik Hal hazırda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentiliyində işləyirəm. Çağırışla bağlı online qeydiyyatdan keçmişəm ama zəng gəlməyib

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891