Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
FUAD Soruşur Yazılma Tarixi:29.09.2020 19:00:36

Salam. Mən Milli Aviasiya Akademiyasında əyani 2-kurs maqistratura tələbəsiyəm. Mənə cagrış vərəqəsi qöndərilib. Səfərbərlik qanununa əsasən mən təsilimi dayandırmalıyam, yoxsa mənə təhsilimi bitənədək möhlət verilməlidir.

Portala daxil olan müraciətinizə baxılmışdır.Aidiyyəti üzrə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməyiniz tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:29.09.2020 18:08:50

Salam men saytda qeydiyatdan kecmiwem parolumu yaziram deyir sehvdi sifremi unutduya kecirem deilir bu mail qeydiyatdan kecmeyib Zehmet olmasa komeklik gostererdiz

Salam, Sizin elektron ünvanınızı sistemdən silmək üçün şəxsiyyət vəsiqəsinin şəklini göndərməyiniz tövsiyə olunur.
Kamran Soruşur Yazılma Tarixi:29.09.2020 16:58:22

salam herbi xidmetde olmamisam uzaq gorme zeyif oldugu ucun niqondu biletim var muharibe seraitine yararli konullu olaraq qeydiyyatdan kecmisem ne vaxt cagiracaqlar ve yaxud cagracaqlarmi ,?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik.         Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Fuad Soruşur Yazılma Tarixi:29.09.2020 15:23:09

Salam mən sizə müraciət etmişdim yenə edirəm həqiqi hərbi xidmətdə olmuşam özümdə tibbi təhsil almışam təcrübəm var könüllü yazilmisam xahiş edirəm çağırış göndərin gəlim...

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
İLKİN Soruşur Yazılma Tarixi:29.09.2020 14:24:51

Salam .Mən hərbidə olmamışam hazırda müəllim işləyirəm amma buna baxmayaraq ordumuza kömək etmək istəyirəm və bunun üçündə qeydiyyatdan keçmişəm.Düzdü hazırda döyüş hazırlığım olmasa da və bəzi problemlərimin olmasına baxmayaraq çox istərdim əlimdən gələn qədər ordumuza köməkdarlıq edim

Portala daxil olan müraciətinizə baxılmışdır.                                
Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək  həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandıqda səfərbərlik tədbirlərinə  cəlb oluna bilərsiniz.
Günəş Soruşur Yazılma Tarixi:29.09.2020 12:55:36

Mənə cavab yazardızda zəhmət olmasa

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
simran Soruşur Yazılma Tarixi:29.09.2020 12:43:38

daxili qoşunlarda maxe işlemsem.ve hal hazrda ehtyata buraxlmışam.men qeydiyatda olduqum herbi kamisarlıqa yaxnlaşmalıyam??? Yoxsa nece ??

Portala daxil olan müraciətinizə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır.Bildiririk ki, müraciətinizdə məqsəd qeyd edilməmişdir.
Günəş Soruşur Yazılma Tarixi:29.09.2020 12:42:27

Könüllü olaraq təlimə getmek istəyirəm bunun üçün hara müraciət etmək lazımdı ?

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Günəş Soruşur Yazılma Tarixi:29.09.2020 12:39:28

Səfərbərlik üzrə cagri merkezini yığdım bu nömrə təyin edilməyib dedi nie?

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
İbrahim Soruşur Yazılma Tarixi:29.09.2020 12:35:57

Salam mən universitetdə oxuyuram 20 yaşım var. Əsgərlikdə olmamışam. Necə gedə bilərəm?

Bildiririk ki, Siz müddətli həqiqi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən müvafiq saylı hərbi hissəyə təyin edilmisiniz.
Cədvəldə sətir sayı :14897