Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İsmayıl Soruşur Yazılma Tarixi:01.10.2020 14:55:25

Salam. Mənim oğlum könüllü yazılıb. Özüm ikinci qrup əliləm və oğlumun 3 azyaşlı övladı var. Ona səfərbərlikdə möhlət hüququ varmı?

Portala daxil olan müraciətinizə baxılmışdır. Aidiyyəti üzrə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməyiniz tövsiyə olunur.
Taleh Soruşur Yazılma Tarixi:01.10.2020 14:13:23

Herbi xidmetde olmuşam vezifem baş esger(baş keşfiyatçi) hal hazirda telebeyem konullu yazilmisam kamisarlik deyirki sen telebesen gede bilmersen bu duzdurmu? Bideki men tehsilimi dayandirib dondurub gede bilerem konullu? Getmek isdeyirem muharibeyee komeklik eliyin xaiş

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Samirə Soruşur Yazılma Tarixi:01.10.2020 12:52:08

Salam. Mən 17 iyul tarixində səfərbərlik üçün könüllü olaraq qeydiyyatdan keçmişəm. Mənə nə vaxt ehtiyac olacağını bilmək istərdim.

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Nahid Soruşur Yazılma Tarixi:01.10.2020 12:51:11

Salam..Mən Əzimzadə Nahid Azad oğlu Silhalı qüvvələrinin ehtiyyatında Müddətdən Artıq Hərbi Qulluqçu..Mənə Hərbi komisarlıqdan zəng gəldi və hazır olmağımı dedilər..Mənə sonram zəng gəlməyib..Özüm zəng etdim və dedilər ki Dövlət sərhəd xidmətində olanları hələm gözlədirlər..Mən amma getmək istəyirəm.Mümkündürsə bir məlumat verərdiniz xahiş edirəm..2014 cü ildən 2017-ci ilə dək Füzuli Rayonu Horadiz Sərhəd dəstəsində xidmət etmişəm..Mənim adımı siyahıda əvvəllərə daxil edərdiniz xahiş edirəm..

Portala daxil olan müraciətinizə baxılmışdır.         Bildiririk ki, Siz Xidmətin Suraxanı rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Suraxanı rayon idarəsinə çağırılacaqsınız
Elvin Soruşur Yazılma Tarixi:01.10.2020 12:07:54

Salam. Sizin saytdan 2 dəfə könüllü olaraq qeydiyyatdan keçmişəm zəhmət olmasa sorğuma baxıb məni könüllü olaraq ordu sıralaranı qeydə alasınız.

Portala daxil olan müraciətinizə baxılmışdır.         Bildiririk ki, Siz Xidmətin Qaradağ rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Qaradağ rayon idarəsinə çağırılacaqsınız.
Bəylər Soruşur Yazılma Tarixi:01.10.2020 12:01:32

Salam,zehmet olmasa komey elyerdiz bizim qeydiyyat yerimiz rayondadi online qeydiyyatdan kecmisem ama bir xeber yoxdu xais elyirem bir xeber deyin,hamiya zeng gelib ama mene gelmir nedense komey elesez sevinerem

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Xocalı rayon bölməsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Xocalı rayon bölməsinə çağırılacaqsınız.

Vüsal Soruşur Yazılma Tarixi:01.10.2020 11:57:34

Salam. Mən 2ci kurs tələbəsiyəm. bilmek isteyiremki umumi seferberlik olsa bizde gedeceyikmi? ve ya konullu qeydiyyatdan kecsey aparacaglarmi?

Portala daxil olan müraciətinizə baxılmışdır. Aidiyyəti üzrə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməyiniz tövsiyə olunur.
Elvin Soruşur Yazılma Tarixi:01.10.2020 11:28:23

Salam Aleykum. Seferberlik Zamani Saqqala Getmey Olur?

Bildiririk ki, hərbi xidmətə çağırılmış hər bir vətəndaş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrinə ciddi riayət etməlidir.
Kənan Soruşur Yazılma Tarixi:01.10.2020 11:00:40

Salam.Mən Mehdiyev Kənan Miri oğlu səfərbərlik üçün qeydiyyatdan keçmişəm.Çox xahiş edirəm məni döyüşə çağırın.Bu vətən üçün öldürməyə və lazım olsa ölməyə hazıram.Çox xahiş edirəm hərbi vəzifəmə baxmayın avtomatda ata bilirəm pulemyotda.Çağırın məni çox xahiş edirəm 050-300-54-58,050-845-77-07

Portala daxil olan müraciətinizə baxılmışdır.                               
 
Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək  həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandıqda səfərbərlik tədbirlərinə  cəlb oluna bilərsiniz.
Cavid Soruşur Yazılma Tarixi:01.10.2020 10:32:26

Salam mani niye cagirmirlar snaperci olmuşam faxri farmanimda var B C pravada var man getmek isdiyirem 9100danda esemes gelmir

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.
           Daxil olan müraciətiniz üçün təşəkkür edirik.
           Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s. nəzərə alınmaqla) hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.
Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik.
gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.
          Əlavə olaraq bildiririk ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən yalnız bağlaşma əsasında hərbi xidmətə qəbul edilə bilərlər.

Cədvəldə sətir sayı :14891