Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ELBRUS Soruşur Yazılma Tarixi:01.10.2020 20:55:26

Salam. Mən hərbi xidmətdə olmamışam. Orduya qatıla bilərəmmi?

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli, 2280 nömrəli  Sərəncamına əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi xidmət keçmiş hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılması həyata keçirir.
Taleh Soruşur Yazılma Tarixi:01.10.2020 20:47:40

Salam, mən könüllü qeydiyyatdan keçmişəm ama universitet oxuyuram, 20 yaşım var. Çox adam deyir universitet oxuyanları çağırmayacaqlar. Sizcə mənə çağırış gələr mi ?

Portala daxil olan müraciətinizə baxılmışdır.                                 
        Bildiririk ki, hal-hazırda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunurlar. 

Sənan Soruşur Yazılma Tarixi:01.10.2020 20:43:37

Salam aleykum.Mən hərbi biletimi itirmişəm.Bu barədə yenisi ilə əvəz etmək üçün ərizə formasını doldurmuşam. Ancaq tapıntılar şöbəsinin arayışı necə əldə olunur bilmirəm. Zəhmət olmasa köməklik göstərirsiniz. Öncədən təşəkkürlər.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Tapıntılar Bürosuna müraciət etməyiniz məqsədəuyğundur.
Orxan Soruşur Yazılma Tarixi:01.10.2020 19:52:46

Salam men Okduyabır ayinin 1 ri esger getmeliydim amaa bizi aparmadilar bizi ne vaxt apararlar?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Nail Soruşur Yazılma Tarixi:01.10.2020 18:58:14

qardaş salam bu konullu adimi yazmışam qeydiyattan keçmisem qardaş mene kömek edin gedim qardaşlarimla vuruşum xaiş ne yolu var bunun neyleye bilerem her şehid gelende deli oluram burda elim qolum bagli oturmusam ya mene komek edin meni ora gondere bilecek vezifede rutbede biriyle danişim xaiş

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Neftçala rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Neftçala rayon şöbəsinə çağırılacaqsınız.

Pərviz Soruşur Yazılma Tarixi:01.10.2020 18:30:09

Salam,mən iyul döyüşlərində könüllü olmuşdum,dünən də yenidən könüllü olaraq qeydiyyatdan keçdim,amma bir xəbər gəlmədi,bildirmək istəyirəm ki,qardaşlarım döyüşür yaralanır,şəhid olurlar,mən artıq buna dözə bilmirəm,könüllü olaraq döyüşmək istəyirəm,çox xahiş edirəm ki,mənim istəyimi nəzərə alasınız.

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, ata adınız, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır.
         Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olunur. 

Balay Soruşur Yazılma Tarixi:01.10.2020 18:14:51

Salam mən könüllü onlayn qeydiyyatdan keçmişəm vayankamata getmək lazımdı yoxsa mesaj ya zəng gələcəydi? zəhmət olmasa cavab yazın.

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Laçın rayon bölməsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Laçın rayon bölməsinə çağırılacaqsınız.

Günel Soruşur Yazılma Tarixi:01.10.2020 17:29:49

Salam. Mənim xalamoğlu Mirzəyev Mətin 21 sentyabr 2020-ci ildə təlim üçün yola düşdü Perəkəşkül adlı yerə. İndi isə məlumat ala bilmirik. Ən son yola düşdüyünü demişdi. Qoyulan nömrə (012) 406 41 51 bu nömrə də cavab vermir. Ailəsi pərişandır. Xahiş edirəm əlaqə saxlayın. 0774499132 bu nömrə ilə.

Portala daxil olan müraciətinizə baxılmışdır.         Aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:01.10.2020 17:19:01

Salam. Mənə sms vasitəsi ilə müraciət olunub ki, qeydiyyatda olduğum rayon çağırış məntəsinə yaxınlaşım. Mən 29-30.09.2020 tarixində qeydiyyatında olduğum rayon çağırış məntəqəsinə yaxınlaşmış və saatlarla orada gözləmişəm. Lakin ad və soyadım çəkilməmişdir. Məntəqədən isə gözləməyimi bildirmişdilər. Zəhmət olmasa məsələ ilə bağlı aydınlıq gətirərdiniz. Mənə zəng gələcək, yoxsa hər gün çağırış məntəqəsinə gedib gözləməliyəm?

Portala daxil olan müraciətinizlə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz məqsədəuyğundur.
Mirruzuyar Soruşur Yazılma Tarixi:01.10.2020 17:14:58

Salam. Mən dunən cəbhəyə getmək üçün onlayn müraciət etmişəm. Qəbul olunub muraciətim? Gedəcəyəm inşallah erməni digalarini parçalamağa?

Portala daxil olan müraciətinizə baxılmışdır.                                
Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək  həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandıqda səfərbərlik tədbirlərinə  cəlb oluna bilərsiniz.
Cədvəldə sətir sayı :14897